
Rusiyanın İjevsk şəhərində yerləşən orta məktəbdə törədilən terror hücumu zamanı ölənlərin sayı 17-yə çatıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 20 nəfər yaralanıb.
**17:53
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin bundan əvvəl yaydığı məlumata görə, hücum edən şəxs İjevsk sakini və bu məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artem Kazantsevdir. O, hücumdan sonra intihar edib.
Komitə onun yaşadığı yerdə axtarışların aparıldığını açıqlayıb: "Onun neofaşist baxışlarına və nasist ideologiyasına malik olub-olmadığı araşdırılır".
Xatırladaq ki, həlak olanlarla bağlı Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.
**13:54
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə dərs zamanı baş verib. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Təhsil müəssisəsinin ərazisi polis tərəfindən mühasirəyə alınıb.
Udmurtiyanın rəhbəri Aleksandr Breçalov da hadisə yerinə gəlib.
Naməlum şəxs heç bir tələb irəli sürməyib, məktəbin ikinci mərtəbəsində polisə də atəş açıb və intihar edib.
…Son məlumata görə, atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.
O da bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb.
Regionda matəm elan edilib. Matəm sentyabrın 29-dək davam edəcək.

