İran sərhəd məsələsində niyə bu qədər şübhəli davranır… YAXUD VAŞİNQTON NƏ ÜÇÜN ÖZÜNÜ TEHRAN KİMİ APARIR?
MİR ŞAHİNDƏN MÖHTƏŞƏM ŞƏRH

Məşhur jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev Real TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişinin sonuncu buraxılışında da bir çox vacib məsələlərə və məqamlara toxunub. 

 

Senzor.az əlavə şərh vermədən həmin verilişin bir hissəsini öz oxucularına təqdim edir. Mütləq baxın. Baxın və… həm də düşünün… 

 

Verilişinin bu hissəsini ABŞ Prezidenti Co Baydenə xitabən başlayan Mir Şahin deyir: “Cənab Bayden, indi Paşinyan kimin dostudur? Axı dedyirdiniz “Mumu”nu Turgenev yazıb! Bax elə bütün məsələ də burdadır. Bayaq dedik ki, ABŞ əlindən gələni edir ki, Ermənistanla bütün təşəbbüslərin nikah kağızı məhz onun əlində olsun! Bu baxımdan növbəli müttəfiqlik sadəcə manevr vasitəsi də ola bilər. Hər halda ABŞ Paşinyanın paşını da bilir, yanını da. Yaşayarıq - görərik. Bir az əvvəl cənab Ərdoğanın çıxışı fonunda arxa planda İran nümayəndəsinin kadrını gördük və istərdim ki, müttəfiqlik məsələsini indi də fars əlifbası ilə oxuyaq. Əvvəlcə İranın bəyanatına Azərbaycan Xarici İşlər nazirliyinin cavabını xatırlayaq...

 

Əvvəla 30 il ərzində, ermənilərin işğal altında saxladığı ərazilərdə, müqəddəs məbədlərimizdə, məscidlərimizdə Allahın haram buyurduğu donuzların saxlanmasına “Allahın birinci adı səbrdir” deyə dözməyi bacaran bu qonşu ölkə indi özünü çox səbirsiz aparır. Nə oldu, qardaşlar, bir səbriniz olsun da, yoxsa Allahın birinci adını artıq dəyişmisiz? Bir gözləyin, baxın. Qeyri-qanuni Ermənistan-İran sərhədi quraşdırıb neçə illər birgə yaşamısınız, anladıq da. İndi vəziyyət dəyişib. Biz öz halal sərhədlərimizə çıxmışıq, donuz kimi haramı məscidlərdən çıxardığımız kimi bu haramı da öz sərhədlərimizdə təmizləmək istiyirik. Yoxlayın da bir. Görəcəksiniz ki, Qanuni Azərbaycan sərhədində mövcud olmaq haram erməni sərhədində oğrun mövcud olmaqdan daha yaxşı, daha şərəfli və daha ləyaqətlidir. Ağayi İran, soğan yeməmisənsə için niyə göynəyir? Baba, sərhəd məsələsində niyə özünü bu qədər şübhəli aparırsan? Artıq adamın ağlına min sual gəlir. Bəlkə narkotrafikaya görə narahatsan!? Yoxsa başqa nə səbəb ola bilər ki? İmam Hüseyn müsibətində, Fatimeyi Zəhra məqamında Azərbaycanın başını piyləyirsən, İsmayıl qurbanına qoyun, Paşinyan qurbanına donuz? Olmadı ki... Ermənistan-Azərbaycan sərhədində qanuni, halal maraqlarımızı tanımır, hədələyirsən?! Xeyir ola. Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı mən sizdən xeyirimizə belə birmənalı, kateqorik bəyanatlar eşitməmişəm. İndi qırmızı xətt çəkirsən... filan! Aydın hiss olunur ki, İran İslam respublikasında hamıya mərkəzləşdirilmiş qaydada bir çərəkə verilib. Əlif zəbər ə, bey zəbər bə, tey zəbər tə... Tutuquşu kimi 7-dən 77-ə hamınızın sanki bir dərdi var. Azərbaycan Ermənistan sərhədi. Bəlkə İran öz problemlərini başqa yerdə axtarsın? Maşallah-namxuda problemlər də küçə dolusu var, yığıb-yığışdıran lazımdır. Açığı deyim ki, bu kadrları görmək bir müsəlman olaraq mənə xoş deyil. Bütün İran qarışıb bir-birinə... Qardaşıq axı. Ağrıdır...

 

Amma Şərq Ruhunun ilahi qüvvəsi olan qadını dünyanın rəqəmsal fazasında və fəzasında feodal qaydaları ilə idarə etmək istəyən, qadının saçını kəsən, küçədə şallaqlayanların qum saatı da artıq işləmir. Məgər görünmür bu? Və qızım sənə deyirəm, elə burdakı gəlinlərimiz də eşitsin: Kimlərsə İranın islam dövləti modelini burda qurmaq istəyirdilər, öz hücrələrində, xanələrində - otaqlarında cənab Ağayi Şəbzüllahilərin rəsmini asırdılar, multikultural ölkədə oturub Məşhədi Fisincanilərə tabeçilik münasibəti qururdular, onlaradır xitabım! Buyurun, İran xalqının özü belə bu rejimdən doyub. Ona görə də nəyisə bu ölkədən bizim ölkəyə daşımağa ehtiyac yoxdur. İran xalqı daha yaxşı, daha azad, daha mütərəqqi idarəetməyə layiqdir. Məsələn, bizdə krandan adam asmırlar, ev yıxmırlar, kran vasitəsilə ev tikirlər, dövlət qururlar. Bir daha əsrin təzadına qayıdaq. ABŞ və İran islam respublikasının bəzi tezislərinin üst-üstə düşməyi şübhəlicəsinə maraqlıdır. Xüsusilə də sərhəd məsələsində. Əgər amerikalılar düşünürsə ki, Minsk Qrupu ilə yenidən regiona nüfuz edəcəklər, Azərbaycana Ermənistanı dəstəkləmək yoluyla təzyiq göstərəcəklər, bu ABŞ-ın regiona qayıdışı yolunda özünə sui-qəsdidi. Məsələyə bu cür qaba tərəfkeşliklə yanaşmaqla hətta rəmzi vasitəçi roluna iddia etmək bir araya sığmır.Əgər Amerika doğrudan gerçək sülh qurmaq istəyirsə,  yolu arxa qapıdan deyil. Necə deyərlər, sən Vaşinqtonsan, niyə özünü Tehran kimi aparırsan?! Alınmayacaq! Başa düşürük, rənglər dəyişir. BMT-nin qarşısı belə LGBT bayrağının rəngləri ilə fərşlənib. Birləşmiş Millətlər Təşkilatı Birləşmiş zillətlər, illətlər təşkilatına dönür. Zəifləyən, getdikcə əhəmiyyətini itirən bu qurum yəqin ki, ya ciddi islahatlar aparmalıdır, ya da. Nə bilim. Şəkililərin sözü olmasın, biabır olacaqlar! BMT nüfuzdan düşür. Yeni təşkilatlar başlarına çarə qılmaqdan ötrü yeni qurumlar, immunitet, peyvənd imkanları mərkəzlərinə çevrilirlər...”.


Videonu Facebook-dan bu link vasitəsilə izləyə bilərsiniz: https://www.facebook.com/savalan.adilov/videos/818311212853855







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.