
Ermənistanı çətin və ağrılı qərarlar gözləyir. Həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacağıq.
Senzor.az bildirir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyaya müsahibəsində deyib.
“Bu, hamı üçün xoşagəlməzdir, lakin elə an gələcək ki, alternativ olmayacaq”, - Ter-Petrosyan vurğulayıb.
Onun sözlərinə görə, əgər Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.
Petrosyan həmçinin, Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.
Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək istənilən şəxs yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.