Türkiyədə qadın terrorçular polis şöbəsinə silahlı hücum etdilər - ÖLƏN VƏ YARALANAN VAR
YENİLƏNİB, VİDEO/ FOTO

Türkiyənin Mersin vilayətində, Mezitli rayonunun Deniz məhəlləsində yerləşən Polis Evinə hücum terror aktıdır.

 

Senzor.az xatırladır ki, ötən gecə Türkiyə vaxtı ilə saat 22:42 radələrində Polis Evini mühafizə edən polis əməkdaşlarına silahlı hücum olub. Nəticədə iki qadın terrorçu ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.

 

İlkin məlumata görə, yaralı halda ələ keçəcəklərini düşünən qadın terrorçular özlərini partladıblar.

 

Terror nəticəsində bir polis həlak olub, digəri yaralanıb.

 

Daxili işlər naziri Süleyman Soylu yerli hakimiyyət orqanlarının rəhbərləri ilə birlikdə terror aktı törədilən əraziyə gəlib. Nazir əminliklə bildirib ki, terrorçularla əlaqəsi olan şəxslər ən qısa zamanda aşkar olunacaqlar.

 

Artıq polis əməkdaşlarına silahlı hücum etməklə terror törədən qadınlardan birinin şəxsiyyəti müəyyən olunub. Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, "Zozan Tolan" ləqəbli Dilşah Ercan PKK/KCK terror təşkilatlarının üzvüdür. O, 2013-cü ildə Mersində terrorçulara qoşulub və İraqın şimalında Qəndil bölgəsindəki terror düşərgələrində təlim keçib.

 

**01:42


Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub.


“Haber Global” bildirir ki, hücum zamanı iki polis əməkdaşı yaralanıb.

 

Məlumata görə, naməlum şəxslər avtomobillə polis şöbəsinə yaxınlaşaraq, asayiş keşikçilərinə odlu silahlardan atəş açıblar.

 

Polis silahlılara cavab atəşi açıb. Bu zaman cinayətkarların olduğu avtomobildə yanğın baş verib.

 

Hadisə yerinə əlavə olaraq polis əməkdaşları, təcili yardım və yanğınsöndürənlər cəlb olunub.

 

Hazırda silahlıların axtarışı davam edir.

 

Türkiyənin Daxili İşlər Nazirliyi hücumun yerli vaxtla saat 23:00 radələrində baş verdiyini bildirib. Qeyd edilir ki, silahılar tərəfindən əraziyə partladıcı qurğu qoyulub. Bomba polis şöbəsindən kənarda partladılaraq zərərsizləşdirilib.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.