Mir Şahin general Mais Bərxudarovla ermənilərin... QARABAĞDA QOYUB QAÇDIQLARI YERALTI BETON TUNEL-İSTEHKAMDA
MÜTLƏQ BAXIN!

“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, məşhur araşdırmaçı jurnalist Mir Şahin Ağayev tamaşaçılarını növbəti unikal çəkilişi ilə heyrətləndirib. Söhbət ermənilərin uzun illər ərzində Qarabağda tikib-qurduqları, “keşilməz sədd” adlandırdıqları yeraltı istehkam - beton tunel-səngərlərdən gedir. 

 

Yeri gəlmişkən, digər istedadlı həmkarımız-“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy həmin kadrları izlədikdən sonra Fasebook-da belə bir təsirli şərh yazıb: “Real TV-dən Mir Sahin Agayevin çəkdiyi bu unikal kadrları izlədim, qəhrəman generalımız Mais Bərxudarovun təqdimatında…Heyrətləndim! 


Azərbaycan Ordusu möhtəşəmdir, görün əsgərimiz necə məkrli düşmənə qalib gəlib! Torpaqlarımızın üstündəkiləri xarabazarlığa çevirib, altında şəhər-istehkamlar tikənlərə od qoyub! Bu “topdağıtmaz” yeraltı tunellər, istehkamlar dövlət tərəfindən qoruq elan ediləcək yəqin ki…Tarix boyunca nəsillərə, ölkəmuzə gələn turistlərə təqdim olunacaq, necə murdar və hiyləgər düşmənlə döyüşdüyümüzü çatdırmaq üçün. 


Azərbaycanın başının altına yastıq qoyub, 3 rayon, 5 rayon nağılı danışan paytaxt+həmsədrlər var idi e, onlara da göstərmək lazım bu kadrları. Erməni ona görəmi bu “şəhər”i-Ohanyan səddini tikmişdi ki, bir gün Azərbaycana qaytarsın?! Cavab versinlər! Bakıdakı səfirləri də aparmaq lazım, öncə həmsədr olmuş ölkələrin+Ermənistanın sərhədini “qırmızı xətt” elan etmiş ölkənin diplomatlarını…

 

Baxın, görün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu necə möhtəşəm qələbə qazanıb! Erməni və onun hamiləri bizi nəinki Şuşaya, Füzuli və  Ağdama…da əbədi həsrət qoymağı planlaşdırıbmış. İnanmırsınız, 14 dəqiqə vaxt ayırıb, baxın!”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.