Sofiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
YENİLƏNİB, FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

 

Senzor.az bildirir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

 

Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib.

 

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb.

 

Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib. 

**

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edi


Burada da dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb


Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub


**12:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gedib.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi Bolqarıstanın yüksəkvəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

Yeri gəlmişkən, Bolqarıstan Prezidenti dəftərxanasının dünən yaydığı məlumatda deyilirdi ki, sentyabrın 30-da Azərbaycan və Bolqarıstan prezidentləri-İlham Əliyev və Rumen Radev təkbətək formatda və geniş tərkibdə görüş zamanı Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq, energetika, iqtisadiyyat, təhlükəsizlik,, turizm, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını müzakirə edəcəklər.

 

İ.Əliyev və R.Radev danışıqların yekunlarına dair mətbuat üşün bəyanatlarla çıxış edəcəklər.


Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.