Bayramov Mirzoyanla görüşür: ƏSAS MÖVZU SƏRHƏDLƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ OLACAQ
ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan yayıb.

 

Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə sentyabrın 19-da Nyu-Yorkda görüşüblər.

 

Həmin görüşdən sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya olunmamış dövlət sərhədində qarşı tərəfin təxribatları intensivləşdi. Həmçinin Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan Rusiya və Fransa ilə təmasları gücləndirdi. Paşinyan, ölkənin müdafiə naziri Suren Papikyan Fransaya səfər etdilər. 

 

Yeri gəlmişkən, Ermənistan baş naziri bu günlərdə maraqlı bir açıqlama vermişdi. O, bildirmişdi ki, müttəfiqlər Ermənistana vəd etdikləri silahların tədarükünü həyata keçirmirlər. Bu bəyanat müxtəlif cür qiymətləndirilə bilər. Ən real variantlardan biri isə budur ki, Paşinyan növbəti məğlubiyyətlər üçün zəmin hazırlamaq istəyirdi.  

Əvvəllər də bildirdiyimiz kimi, xüsusilə Şərqi Avropadakı müharibə və Qərblə Kreml arasında davam edən gərginlik fonunda İrəvanın işi getdikcə çətinləşir. Paşinyan başa düşür ki, Rusiya tədricən "dalana dirənir". Əlbəttə, bu, Ermənistan hərbi - siyasi hakimiyyətini narahat edir. Çünki Rusiyanın uduzması Ermənistanın Cənubi Qafqazda "çətirsiz" qalması deməkdir. İrəvan regiondakı mövcudluğunu qorumaq üçün Ankara ilə diplomatik münasibətləri bərpa etməlidir. Bunun üçün Bakının şərtlərini yerinə yetirmək, münasibətləri normallaşdırmaq, destruktiv regional siyasətdən uzaqlaşmaq şərtdir. 


Ceyhun Bayramovla Mirzoyanın görüşlərindən sonra adətən təxribatlar olsa da, həmin müzakirələr konstruktiv keçir, müxtəlif razılıqlar əldə olunur. Ümid etmək olar ki, oktyabrın 2-də baş tutacaq görüş də bizim üçün uğurlu olacaq. Hər halda bu cür müzakirələr tərəflərin bir-birini anlaması ilə yanaşı, həm də yekun sülh üçün tramplin rolunu oynayır. 

 

Görüşdə nazirlərin sərhədlərin delimitasiya və demarkasiya məsələsini, Zəngəzur dəhlizinin perspektivini, həmçinin yekun sülh müqaviləsinin elementlərini müzakirə edəcəyi gözlənilir. Xüsusilə sərhədlərin müəyyənləşdirilməsi məsələsi gündəmdə olacaq. Çünki son hadisələrdən sonra Ermənistan başa düşdü ki, bu proses ən çox onun özünə lazımdır. Beləliklə, oktyabrın 2- də delimitasiya və demarkasiya ilə bağlı müəyyən razılıqlarını əldə olunacağı ehtimalı var.

 

Ümumiyyətlə, düşünürəm ki, yekun sülh müqaviləsinin imzanması yaxın perspektiv üçün realdır. Amma ondan əvvəl sülhə məcbur etmə əməliyyatı da keçirilə bilər.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.