Bakı çətin seçim qarşısında: KREMLİN İLHAQ QƏRARI TANINACAQ?
ŞƏRH

Kreml Sarayının Georgiyevski zalında Ukraynanın 4 vilayətinin Rusiyaya ilhaqı ilə bağlı sazişlərin imzalanması mərasimi oldu.  Bununla da rəsmi Moskva faktiki olaraq Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaq etdi. 

 

Rusiyanın Ukraynanın 4 vilayətini ilhaq etməsi bizim əhalinin müəyyən qismində  sual-narahatlıq yaradıb: Azərbaycan bu qərarı tanıyacaqmı? 

Birmənalı surətdə demək olar ki, rəsmi Bakı belə bir qərarı heç bir halda tanımayacaq. 

 

Birincisi, bu, beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan isə həm beynəlxalq hüquqa riayət edilməsinin, həm də ölkələrin suverenliyinin pozulmamasının tərəfdarıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan özü də uzun illər torpaqlarının  işğala məruz qalmasının acısını yaşayaıb.  Düzdür, Ermənistan tərəfi heç vaxt işğal etdiyi torpaqları ilhaq etmək cəsarətini göstərməsə də, Rusiya kimi kvazi dövlət yaradaraq gələcəkdə bunu reallaşdırmaq istəyib.

 

İkincisi, rəsmi Bakının həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşıdır. Hətta bir neçə dəfə tərəflərin uzlaşması üçün vasitəçiliyini də təklif edib. Azərbaycan Rusiyaya qarşı Qərb ölkələrinin başlatdığı sanksiyalara qoşulmadığı kimi, Ukrayna ərazilərinin işğalını da tanımır.  

Bakı necə ki, 2014-ci ildə Krımın Rusiyaya bənzər şəkildə qanunsuz ilhaqını tanımamışdı, bu gün də Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını tanımayacaq.

 

Üçüncüsü, məlum olduğu kimi, bu il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bəyannamənin ilk bəndində  qeyd edilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar".  

Rəsmi Bakı Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını tanımadığı üçün bu ərazilərdə baş verəcək ehtimal toqquşmaları Rusiyanın ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının pozulması kimi qiymətləndirməyəcək.

 

Bu məsələ xüsusilə önəmlidir, çünki Rusiyanın Ukraynaya məxsus 4 vilayəti ilhaq etməsi böyük ehtimalla NATO-Rusiya qarşıdurmasını daha da aktuallaşdıracaq. Rəsmi Bakı həm də bu toqquşmadan yayınmaq üçün Rusiyanın ilhaqını tanımayacaq.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.