Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkildi
KADIROV HƏRBİ KOMANDANLIĞI SƏRT TƏNQİD ETDİ VƏ NÜVƏ SİLAHINDAN İSTİFADƏYƏ ÇAĞIRDI

Bu gün günortadan sonra Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləmişdi.

 

Senzor.az bildirir ki, bu barədə Şərq Qoşunları Qrupunun spikeri Sergey Çerevatı məlumat vermişdi.

 

O bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.

 

Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə demişdi ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyə icazə istəsələr də, rədd cavabı alıblar: “Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”.

 

Bundan bir neçə saat sonra Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov keçirdiyi brifinqdə bildirdi ki, Rusiya hərbçiləri Donetsk vilayətinin Krasnı Liman şəhərini tərk ediblər: “Mühasirə təhlükəsinin yaranması ilə əlaqədar olaraq, qoşunlarımız Krasnı Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb”. 

 

Bir az əvvəl isə Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya qüvvələri tərəfindən Liman şəhərinin itirilməsini şərh edib.

 

O, “Telegram” kanalında baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapini günahlandırıb. 

“Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”, - deyə Kadırov yazıb.

 

Çeçenistan başçısı həmçinin artıq kardinal tədbirlər görməyin - sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və az güclü nüvə silahından istifadə etməyin lazım olduğunu da qeyd edib: “Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandana nə məruzə etdiyini bilmirəm, amma mənim şəxsi fikrimcə, sərhədyanı ərazilərdə hərbi vəziyyət elan olunana qədər az gücə malik nüvə silahlarının tətbiqi daxil daha sərt tədbirlər görülməlidir. Hər qərarı Qərb-Amerika ictimaiyyətinə nəzər salaraq qəbul etmək lazım deyil. Onlar onsuz da bizə qarşı çox şey ediblər. Dünən İzyumda parad oldu, bu gün Limanda bayraq qaldırıldı, sabah nə olacaq?..”.


Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.