NATO-nun Baş katibi Yens Stoltenberqin sentyabrın 30-da “Deutsche Welle” agentliyinin (xarici media agenti kimi tanınır) youtube kanalında keçirdiyi brifinq Rusiya Prezidenti Vladimir Putinin Donetsk və Luqansk “Xalq respublikaları”nın, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi münasibətilə keçirilən mitinqdəki çıxışı ilə kəsilib.
Belə ki, Stoltenberqin jurnalistlərlə keçirdiyi mətbuat konfransını yayımlayan “Deutsche Welle” birdən brifinqin yayımını dayandırıb və Putinin çıxışını yayımlamağa başlayıb.
Senzor.az ura.ru-ya istinadən bildirir ki, Prezident həmin anda Moskvada keçirilən mitinqdə çıxış edirmiş.
Qeyd edək ki, Moskvada “dxr”, “lxr”, Zaporojye və Xersonun Rusiyaya birləşdirilməsinə həsr olunmuş mitinqdə 100 minə yaxın insan iştirak edib.
Novosibirsk, Sevastopol, Rostov-Don, Ufa, Penza və Sankt-Peterburqda da mitinqlər keçirilib.
Senzor.az