Ermənilərin “güllələnmə səhnəsi”: “SUMQAYIT HADİSƏLƏRİ” İLƏ PARALELLİK
TƏHLİL

Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı video yayılıb. Kifayət qədər şübhəli olan görüntülərlə bağlı açıq suallar isə kifayət qədərdir.

 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu da araşdırmalara başlayıb. Videonun feyk olub-olmadığı hələ araşdırılsa da, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək.

Bununla belə videonun feyk olması ilə bağlı ciddi arqumentlər var:

Birincisi, videoda görüntü və səs arasında uyğunsuzluq açıq şəkildə hiss olunur. Bunu montaj üzrə mütəxəssislər də rahatlıqla aydınlaşdıra bilərlər. Düzdür, ermənilərin Azərbaycan dilinin məhəlli aksentini belə yaxşı bildiyini düşünməsəm də, bəznər səs yazılarını əldə etmək ya da sosial şəbəkələrdə yayılan videolar ilə təmin etmək çox rahatdır.

 

İkincisi, videoda diqqətçəkən digər bir məqam əsirlərin reaksiyalarıdır. Biz artıq ermənilərin əsir alınarkən və ya təxribatlar zamanı ələ keçirilərkən necə reaksiya verdiklərini bilirik. Videoda isə əsirlərin üzündə, davranışlarında təşviş, ölüm qorxusu və s. kimi əlamətlər gözə çarpmır. Əksinə, öləcəyini bilən insanda olmayacaq qədər rahatlıq, arxayınlıq hiss olunur.

 

Üçüncüsü, güllələnmə anının çəkildiyi yerə diqqətlə baxdıqda ərazinin daşlıq, qayalıq olduğu görünür. Bu ona görə vacibdir ki, peşəkar bir hərbçi şüursuzcasına belə ərazidə atəş açmaz. Çünki yanlış atılan bir mərmi qayalıqlarda istiqamətini dəyişərək qarşıdakı və ya yandakı hərbçiyə də dəyə bilər.

 

Azərbaycan silahlı qüvvələrində istifadə edilən mərmi tiplərindən biri də deşici, dağıdıcı 7.62 gümüşuclu mərmilərdir. Bu mərmilər hədəfə dəyənədək qarşısına çıxan istənilən maneədə istiqaməti dəyişə bilər. Bu həm də həmin videoda istifadə edilən mərmilərin plastik təlim mərmiləri olduğunu sübut edir.

Dördüncüsü, videonun yayılmasından dərhal sonra erməni mediası, siyasətçiləri, fəalları canfəşanlıq etməyə başladılar. İş o yerə çatdı ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş verənləri “dəhşət” adlandırdı və dedi: “Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”.

 

Bir gün ərzində erməni ictimaiyyətinin, xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını göstərir.

 

Nəticə etibarilə videonun feyk olması mümkündür. Nəzərə almaq lazımdır ki, ermənilərin Qərbin diqqətini çəkmək, süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi var. Yaxın tariximizə nəzər saldıqda “Sumqayıt hadisələri” bunun ən gözəl örnəyidir. 

Ermənilər Ermənistanda ultramilliyyətçiliyi alovlandırmaq və Qarabağda miatsum (erməni dilindən tərcümədə “birləşmə” -red.) hərəkatına dəstək almaq üçün Sumqayıtda öz soydaşlarını öldürüb təqsiri azərbaycanlıların üstünə atmışdılar. Bu gün belə Ermənistanda minlərlə insan hadisənin azərbaycanlılar tərəfindən törədildiyini hesab edir.

 

Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən geri durmayan bir millətin 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.