"Taliban" - İran toqquşmasının gizlinləri: Su müharibəsi, sünni-şiə qarşıdurması və... ABŞ-ın MARAQLARI
TƏHLİL

“Taliban” lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb. O bildirib ki, hazırda sərhəddə şiddətli döyüşlər gedir və “Taliban” ağır hərbi texnikanı sərhədə yeridib. 

 

Nə baş verir?

 

İlk öncə onu qeyd etmək lazımdır ki, hazırkı gərginlik İran ilə “Taliban” (Əfqanıstan) arasında ilk belə hal deyil. Vaxtaşırı iki ölkə sərhədində kiçikçaplı və ya orta səviyyəli atışmalar yaşanır. 

 

Misal üçün, 2021-ci ildə İran sərhədçiləri ilə “Taliban” arasında toqquşma baş vermiş, tərəflər bir-birinə artilleriya zərbələri endirmişdi. Hətta “Taliban” İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən "Dheris”, "Dost Məhəmməd” və "Bala-e Siyah Çeşmən” məntəqələrinin ələ keçirildiyini açıqlamışdı.  

Prinsip etibarilə hazırkı gərginlik də bundan öncəkilərdən fərqlənmir. Belə ki, İran və Əfqanıstan arasında hazırkı gərginlik Helmand çayının suyu məsələsindəki anlaşmazlıqdan qaynaqlanır.  

 

Helmand çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Helmand çayının su bölgüsü tərəflər arasında 1973-cü ildə imzalanmış müqaviləyə əsasən tənzimlənib. Lakin İran tərəfi payına düşən suyun cəmi 4 faizini istifadə edə bildiyindən şikayətlənir və Əfqanıstanı çay üzərində yeni su anbarları tikməkdə günahlandırır. 

 

Helmand çayı İran üçün olduqca önəmlidir. Belə ki, İranın   ən qeyri-stabil bölgəsi olan Sistan-Bəluçistan vilayətinin əkin sahələrinin əsas suvarma mənbəyi məhz bu sudur. Hazırda Sistan və Bəlucistan vilayəti quraqlıqla üz-üzə olduğundan məsələ gərginlik həddinə çatıb. 

 

May ayının 18-də Sistan-Bəlucistan vilayətini ziyarət edən İran prezidenti İbrahim Rəisi buradan “Taliban” hökumətini Helmand çayının qarşısını kəsərək Sistan və Bəlucistan əyalətinin su payını verməməkdə ittiham edib. 

Rəisi bununla da yetinməyərək “Əfqanıstan hakimiyyətinə xəbərdarlıq edirəm ki, Sistan və Bəlicistanın su payını versinlər. Bu çox ciddi xəbərdarlıqdır və əks təqdirdə dövlət lazım olan tədbirləri görəcək” sözləri ilə “Taliban”ı təhdid etmişdi.

 

Əfqanıstan tərəfi isə suyun azalmasını kəskin quraqlıqla əlaqələndirir və İranı Sistan bölgəsindəki əkin sahələrini genişləndirməkdə günahlandırır. Əfqan rəsmilər çay üzərində tikilən yeni su anbarları vasitəsilə xaricdən elektrik enerjisi asılılığını azaltmağı hədəflədiklərini, bu məsələdə güzəştə getməyəcəklərini bildirirlər.

 

Bundan başqa, “Taliban” liderləri də Tehranı təhdid edərək bildiriblər ki, İrana qarşı ABŞ-a qarşı döyüşdüklərindən də yaxşı döyüşəcəklər.

 

Gərginliyin pərdəarxası

 

Hazırkı situasiyada gərginliyi artıran tərəfin “Taliban” olduğunu demək olar. Buna işarə edən bir sıra məqamlar var.  

Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, Helmand çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. “Taliban” bu çayın İran üçün həyati əhəmiyyətini bilə-bilə, çay üzərində yeni su anbarları tikir. Yəni bu əməlin gərginliyə səbəb olacağını yaxşı bilirlər. 

 

İkincisi, gərginlik fonunda “Taliban” lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb. Müharibə qərarı belə asanlıqla verilə bilməz. Görünür, “Taliban” bu qərarı vermədən hazırlıq işləri görüb. 

 

“Taliban”ın prosesi müharibə kontekstinə daşıması, özündən razılığı belə deməyə əsas verir ki, onu dəstəkləyən konkret gücə arxayındır. İndiki məqamda “Taliban” ilə İran arasında müharibənin olmasında bir güc maraqlıdır - ABŞ!

 

Vaşinqtonun planı

 

Vaşinqton indiki məqamda “Taliban”la İranı qarşı-qarşıya gətirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. 2021-ci ildə İran sərhədçiləri ilə “Taliban” arasında baş verən toqquşmaların da ümumi məğzi bundan ibarət idi. “Taliban”ın ani hücumla İrana aid bir neçə sərhəd-keçid məntəqəsini, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrini ələ keçirərək İran ordusunu Əfqanıstanın içərisinə çəkmək istəyirdi. Həm Əfqanıstan, həm də İran isə ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz ölkələrdir. 

Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edə bilirlər. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini ideologiyadan istifadə edə biləcək ölkələrdir. 

ABŞ son zamanlar bu taktikadan çox istifadə edir. Misal üçün, Rusiya bu yolla Ukrayna ilə müharibəyə cəlb edildi və hələ də müharibə davam edir. Kreml sürətlə resurslarını tükədir. Vaşinqton bu gün eyni taktikanı İrana qarşı da istifadə etmək istəyir. 

 

ABŞ bununla üç şeyə nail olmaq istəyir:

Birincisi, onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tamam çökdürmək;

 

İkincisi, İrandakı ictimaiyyəti, xüsusilə də etnikləri mərkəzi hakimiyyətə qarşı ayaqlandırmaq;

 

Üçüncüsü, Taliban üzərindən İranın nüvə obyektlərini vurub Tehranın bu silahı əldə

etməsinin qarşısını almaq.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.