Dünən bank kartlarından 36 min manatdan çox pul oğurlanıb

Mayın 7-də vətəndaşların bank kartlarından 30 min manatdan çox pul oğurlanıb. 

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumatda gələn hər zəngə və mesaja qarşı diqqətli olmaq, bank kartı məlumatlarını paylaşmamaq tövsiyə olunub: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar".

 

Məlumatda qeyd edilib ki, mayın 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 12 082, 5 000, 4 010, 2 800, 2 800, 1 980, 1 182, 1 041, 1 014, 999, 900, 730, 560, 250, 140, 135, 112, 110, 100, 50, 40, 8 manat pul vəsaitləri bank kartlarından oğurlanıb: "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.