
... Bu gecə Xəzərdə baş verən zəlzələ bir daha göstərdi ki, sosial şəbəkələr ciddi təhlükə ola bilir.
!!!Diqqətli olmalıyıq!!! Əslində Xəzər dənizində mütəmadi baş verən, adətən hər hansı ajiotajın müşayiət etmədiyi təkanların növbətisi qeydə alınmışdı. Heç bir xüsusi təhlükəyə səbəb olmayan, bir binanın başından bir kərpic düşmədiyi, bir canlının belə “burnunun qanamadığı” son təkanlarda da kütləvi təşviş üçün əsas yox idi. Olmamalı idi. Amma...
Əhalinin emosianal vəziyyətində canlı yayım açmalar, məsuliyyətsiz paylaşımlar, dezinformasiyalar, təşviş və çaxnaşma yaratmağa hesablanmış addımlar oldu. Türkiyə zəlzələsinin xofu canından hələ çıxmamış insanların psixoloji halı nəzərə alınmışdı. Nəticədə Bakı narahat gecə yaşadı. Fövqəladə Hallar Nazirliyi, DİN, TƏBİB yükləndi!

Hər halda ajiotaj və tıxac səbəbləri barədə mən belə düşünürəm.
Xəbərdarlıq edirəm: Sosial şəbəkə istifadəçiləri, canlı yayım açan həvəskarlar olduqca məsuliyyətli olmalıdır. Unutmamalıyıq ki, sosial şəbəkələrin əlçatan seqmentləri, xüsusilə FB həssas məqamlarda dövlət qurumlarını “dişinə vurur”. Bu dəfə də belə oldu. Bu sosial medianın ənənəvi media qarşısında əzələ nümayişi idi. Belə hallarda yalnız MÜVAFİQ(!) rəsmi qurumlara etibar və istinad edilməlidir. Ümumiyyətlə, son zamanlar baş verən bir neçə hadisə göstərdi ki, internet resurslarında şəbəkələşmiş bir ovuc qüvvə, onun təsiri altında olan çarter daşıyıcılar istənilən olaydan qarışıqlıq yaratmaq üçün istifadə edir. Zəlzələ Həyəcanını ictimai sabitliyə, asayişimizə qarşı yönəltmək istəyənlərin olduğunu düşünmək üçün kifayət qədər səbəb var. Bilirik ki, Azərbaycanda Sosial Şəbəkə istifadəçilərinin bir bölük avanqardı var ki, burdan əsasən əyləncə, zarafat platforması tək istifadə edir. Xalqın hissləri ilə isə əylənmək, zarafat etmək olmaz!
Təhlükəlidir!!!
Mir Şahin Ağayev,
Real TV-nin baş direktoru