
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
Senzor.az-ın məlumatına görə, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.