UKRAYNA ORDUSUNUN ƏKS-HÜCUMU NİYƏ UĞURSUZ OLDU? - Eynulla Fətullayevin suallarını ABŞ ordusunun keçmiş müşaviri cavablandırır
VİDEO

Nə üçün Ukrayna ordusu ötən ilin payızında Xarkov vilayətinin və Xersonun azad edilməsi ilə nəticələnən blitskriqi təkrarlaya bilmədi?

 

Ukraynalılar Qərb ölkələrinin nasaz hərbi texnika tədarük etməsindən şikayətlənirlər. Qərb silahlarının tədarükü ilə bağlı nə baş verir?

 

ABŞ niyə F-16 qırıcıları və “Abrams” tanklarının tədarükünü gecikdirir?

 

Ukraynanın ümidsiz yalvarışlarına baxmayaraq, ABŞ hələ də uzaqmənzilli ATACMS raketlərinin tədarükü ilə bağlı qərar qəbul etməyib. Daha nə qədər gözləmək lazımdır?

 

Senzor.az bildirir ki, tanınmış azərbaycanlı jurnalist, rusdilli populyar Haqqin.az saytının sahibi Eynulla Fətullayevin bu və digər suallarını ABŞ-ın Avropadakı qüvvələri komandanının Rusiya və Avrasiya məsələləri üzrə keçmiş xüsusi müşaviri, Qlobal Təhlükəsizlik Eksperti, Vaşinqtonda yerləşən Avropa Siyasi Analiz Mərkəzinin (CEPA) Transatlantik Müdafiə və Təhlükəsizlik Proqramının analitiki Mark Voycer cavablandırır. 

 

Voycer təcrübəli amerikalı ekspertlərdən biridir. O, 2007-2008-ci illərdə senator Mitt Romninin prezidentlik kampaniyasında, 2011-2012-ci illərdə isə İcraçı Departamentin və Rusiya üzrə Məsləhət Qrupunun üzvü kimi fəaliyyət göstərib.

 

2009-2013-cü illərdə ABŞ ordusunun müşaviri kimi İraq və Əfqanıstana göndərilib.

 

2013-2017-ci illərdə İzmirdəki NATO Quru Komandanlığında Rusiya üzrə məsləhətçi və baş ekspert işləyib.

 

2018-2019-cu illərdə isə Baltik Müdafiə Kollecində Rusiya və Şərqi Avropa tədqiqatları üzrə baş müəllim olub...

 

Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin maraqlı videomüsahibəni öz oxucularına təqdim edir: 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.