Azərbaycanlı bloger erməni dəllalı danışdırdı - "XANKƏNDİDƏ EVLƏRƏ “KUPÇA”NI ASAN XİDMƏT VERƏCƏK"
VİDEO

Tanınmış azərbaycanlı bloger Kamran Razmovar Xankəndidə ev alqı-satqısı ilə məşğul olan erməni əsilli dəllala zəng edərək, ondan şəhərdəki mənzillərin qiyməti, alqı-satqı proseduru və sənədləşmə işinin necə aparılması ilə maraqlanıb.

 

Bloger özünü Rusiyanın Krasnodar şəhərində yaşayan erməni əsilli şəxs kimi təqdim edib və nənəsinin xatirəsinə Xankəndidə ev almaq istədiyini bildirib.

 

Erməni dəllal Xankəndidə satılan evlər, onların qiymətləri haqda məlumat verib. Ən maraqlı məqam isə sənədləşmə ilə bağlı olub. Dəllal bildirib ki, yalnız qonşuların şahidliyi ilə evi onun aldığına aid yazılı sənəd veriləcək. Belə ki, artıq iki ildən çoxdur Xankəndidə ev alqı-satqısı zamanı rəsmi notarial qaydada sənədləşmə aparılmır, "kupça"lar da yoxdur və yaxud tanınmır.

 

Dəllal qeyd edib ki, iki ildən sonra Xankəndidə ASAN Xidmət açılacaq və o, həmin sənədi təqdim etməklə, ASAN Xidmətdən "kupça" ala biləcək.

 

O, həmçinin, Xankəndinin Azərbaycana məxsus olduğunun da sənəddə əksini tapacağını bildirib.

 

“Niyə iki ildən sonra” sualına cavabında isə dəllal bildirib ki, müəyyən hüquqi proseduralar var, onlardan keçmək lazımdır ki, ASAN Xidmət Xankəndidə açılsın. Bu isə çox güman ki, rus sülhməramlıların bölgədə missiyasının başa çatması tarixi ilə bağlıdır.

 

Blogerin erməni dəllalla söhbətini videosunu təqdim edirik:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.