
Nanter prefektində qətlə yetirilən 17 yaşlı əlcəzairli oğlanın xatirəsinə iyulun 8-i Fransa ərazisində 30-a yaxın nümayişin keçirilməsi planlaşdırılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlarla ittifaq, assosiasiya, kollektiv vətəndaşları aksiyalara dəstək olmağa çağırıb.
Bundan əlavə, şəhərətrafı ərazilərdə yaşayan əhaliyə qarşı ayrı-seçkilik siyasətini pisləyən təşkilatlar və “solçu” siyasi partiyalar bütün Fransa ərazisində yürüşlər keçirməyə çağırış ediblər.
Xatırladaq ki, Fransada etiraz aksiyaları iyunun 27-də hüquq-mühafizə orqanları əməkdaşlarının Nanter prefektində 17 yaşlı əlcəzairlini güllələyərək qətlə yetirməsindən sonra başlayıb.
Ölkə prezidenti Emmanuel Makronun situasiyanı nəzarət altına almaq və etirazlara son qoymaq istiqamətindəki cəhdləri hələlik bir nəticə vermir. Bu səbəbdən də o, hazırda, necə deyərlər, başını itirmiş vəziyyətdədir.