Rusiya sülhməramlılarının komandanı:
LAÇIN YOLUNU PAŞİNYAN BAĞLAYIB

Ötən gün Qarabağdakı separatçı rejimin bir neçə nümayəndəsi, o cümlədən lider Araik Arutyunyanın yanında separatçı “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandanı, general-polkovnik Aleksandr Lentsovla görüşüblər. 

 

Senzor.az bildirir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

“Görüş çox gərgin atmosferdə keçib. Lentsov bildirib ki, Laçın “dəhlizində” yaranmış vəziyyətə görə məsuliyyət Rusiyadan çox, Nikol Paşinyanın üzərinə düşür. Rus generalın sözlərinə görə, Laçın yolu Paşinyanın “Qarabağ  Azərbaycandır” deməsindən sonra bağlanıb. Fəallar RHK komandanına  deyiblər ki, onlara təhlükəsiz həyata təminat verən Putin olub və bu, 9 noyabr tarixli bəyanatla da təsdiqlənib... Lakin komandan bu vəziyyətdə yalnız Rusiya tərəfinin günahkar olduğunu təkzib edib... O, həmçinin bildirib ki, onlar hərbçidirlər və tapşırıqları yerinə yetirirlər, qərarlar isə siyasi platformada qəbul edilməlidir. Nəticədə fəallar general Lentsovla görüşü narazı şəkildə tərk ediblər”, - qəzet yazıb.

 

Nəşr onu da qeyd edib ki, “bəzi məlumatlara görə... iclasdan iki gün əvvəl... sülhməramlıların qərargahı qarşısında aksiyalar keçirilib, lakin aksiyalarda maksimum 30 nəfər iştirak edib”.

 

“Görüşdə Samvel Babayanın yaxın dostlarından olan, Rusiya əleyhinə fikirləri ilə tanınan və Qarabağda agent kimi qəbul edilən Artur Osipyan və  David Vanyan da iştirak ediblər. Qarabağ sakinləri hesab edirlər ki, onlar Ermənistan hakimiyyəti adından anti-Rusiya əhval-ruhiyyəsini qızışdırırlar”, – qəzet vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.