Qarabağın erməni icması dialoqdan yenə qaçsa... – “XANKƏNDİ DÜYÜNÜ” NECƏ ÇÖZÜLƏCƏK?
ŞƏRH - PROQNOZ

Azərbaycan erməni icması ilə dialoqa hazırdır. Təbii ki, söhbət ölkə Konstitusiyası və qanunları çərçivəsində aparılacaq konstruktiv dialoqdan gedir. 

 

Rəsmi Bakı bu günə qədər bir neçə dəfə erməni icmasına dialoq təklifi edib. Hətta Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində mart ayında ilk görüş də keçirib.  

Azərbaycan bununla bir daha göstərdi ki, erməni əsilli vətəndaşları ilə dialoqa açıqdır. Bundan sonra Prezident Administrasiyası səviyyəsində iki dəfə dəvət olsa da, təəssüf ki, qarşı tərəf bunu qəbul etməyib. 

 

Aydın məsələdir ki, reinteqrasiya prosesinin istənilən səviyyədə getməməsinin və dialoqun qurula bilməməsinin əsas səbəbi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməməsidir. Buna görə də ilk öncə qanunsuz silahlı birləşmələr tərksilah edilməlidir. 

 

Azərbaycan heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrin qalması ilə barışa bilməz və barışmayacaq. Bu gün ölkəmizin Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatı aparmaq üçün imkanları və hüquqi bazası var. 

 

Müqayisə üçün deyim ki, Rusiya Dağıstan, Çeçenistan başda olmaqla öz ərazisində qanunsuz silahlı birləşmələrə qarşı anti-terror əməliyyatı keçirib. Bu proses bu gün də davam etməkdədir. 

 

Bundan başqa, Rusiya terrorla mübarizə adı ilə Suriyada, Fransa Mali, Burkona Faso və digər ölkələrdə, ABŞ isə uzun illər İraqda, Əfqanıstanda əməliyyatlar keçirib. Rəsmi Bakının indiki məqamda Xankəndi və ətraf ərazilərdə antiterror əməliyyatı keçirməsi onun təbii və beynəlxalq hüquq ilə haqqıdır.  

Separatçılar Bakının dialoq təklifini bloklayacağı və reinteqrasiya prosesinin qarşısını alacağı təqdirdə Azərbaycan antiterror əməliyyatları ilə onları tərkisilah edib zərərsizləşdirə bilər. 

 

Antiterror əməliyyatını zəruri edən digər bir məsələ də, şübhəsiz, böyük qayıdış və yenidənqurma prosesidir. Artıq böyük qayıdış siyasəti çərçivəsində Qarabağa məcburi köçkünlərin köçürülməsi başlanılıb. Separatçıların Qarabağda olması onların həyatı üçün də təhlükədir. Düzdür, onların həyatı üçün bütün tədbirlər görülsə də seratçıların təxribatlarını intensivləşdirmələri antiterror əməliyyatlarını zəruri edir. 

 

Bir sözlə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə hər hansı təhdidə göz yumulmayacaq və ikinci dəfə dinc əhalinin silahlı terrorçuların hədəfinə çevrilməsinə imkan verilməyəcək.

 

Turan Rzayev

politoloq

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.