Deputat nazirə etiraz etdi və... İCTİMAİ ŞURADAN İSTEFA VERDİ
FOTO

Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuradan istefa verib.

 

Senzor.az bildirir ki, bu barədə “Facebook” səhifəsində deputat özü paylaşım edib.

 

“Bu gün Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi “WhatsApp” yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşılması məsələsinin də gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu həm də Azərbaycan Respublikası  Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir.  

İclasda dəfələrlə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. 

 

Mənim təkliflərimdən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. 

 

Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. 

 

Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və Şura üzvlüyündən istefa verirəm”, - deyə E.Əliyev qeyd edib.


Xatırladaq ki, E.Əliyev haqqında bəhs etdiyi statusunda yazmışdı: “Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm.  Bu nə deməkdir?  Belə fakt olar? Hansı mətni? Ölkənin Elm və təhsil naziri milləti təhqir edir.  Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi  Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? Zirəddin heç belə danışmır.  

Nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir.  Bu dərsi haradan almısınız?”.


Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.