Qubad İbadoğlu FETÖ ilə əlaqəli saxlanılıb - DİN-dən NÖVBƏTİ AÇIQLAMA
YENİLƏNİB

 

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

 

Senzor.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin yaydığı yeni məlumatda belə deyilir.

 

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir", - məlumatda bildirilib.

 

**20:36


Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Sosial şəbəkələrdə Q. İbadoğlu ilə birgə həyat yoldaşının da saxlanıldığı iddia edilir.

 

Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, bu iddia əsassızdır, Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb

 

**19:38


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. 

 

“Turan” bildirir ki, bu barədə Q.İbadoğlunun qızı Jalə  Bayramova məlumat verib. 

 

Onun sözlərinə görə, Q.İbadoğlu saat 13-14 arası Novxanı-Sumqayıt yolunda Sumqayıt gəncləri ilə görüşə gedən zaman saxlanılıb.

 

Q.İbadoğlunun ofisində axtarış aparılır.

 

Öz növbəsində, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov jurnalistlərə bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. 

 

Araşdırma aparılır. 

 

Əlavə məlumat veriləcək.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.