Surət Hüseynov Gəncədə dəfn olundu
YENİLƏNİB, FOTO

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.

Senzor.az-ın məlumatına görə, əvvəlcə onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdə S.Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər.

Vida mərasimindən sonra o, 4 saylı qəbirstanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.


Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncədə anadan olub. O, 1993-cü il iyununda Baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.

Oktyabrın 14-də parlament S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib.

Oktyabrın 30-da o, Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.

1997-ci ildə S.Hüseynov Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilib, 1999-cu il fevralın 10-da ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

2004-cü il martın 17-də Prezident İlham Əliyev Surət Hüseynovu əfv edib.

O, uzun illərdir Azərbaycandan kənarda yaşayırdı.

S.Hüseynov uzun sürən xəstəlikdən sonra iyulun 31-də Türkiyənin İstanbul şəhərində vəfat edib.


**09:00


Sabiq Baş nazir Sürət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib və Gəncəyə aparılıb. 

 

Senzor.az-ın məlumatına görə, mərhumla vida mərasimi onun şəhərin İsmət Qayıbov küçəsində yerləşən evində keçiriləcək.

 

Vida mərasimindən sonra Sürət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.

 

Xatırladaq ki, iyulun 31-də S.Hüseynov səhhətindəki problemlərlə əlaqədar İstanbuldan Moldovaya gedərkən hava limanında infarkt keçirib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. 


**11:48(01.08.2023)


Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov sabah dəfn olunacaq.

 

Senzor.az bildirir ki, mərhumun nəşi avqustun 1-dən 2-sinə gecə saat 02:00-da Bakıya gətiriləcək, buradan isə Gəncədəki evinə yola salınacaq.

 

Surət Hüseynov Gəncə şəhərinin 4 saylı qəbiristanlığında, ata və anasının məzarı yanında dəfn olunacaq.

 

Xatırladaq ki, ötən gün 64 yaşlı Surət Hüseynov İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti ağırlaşıb. O, Türkiyədəki xəstəxanada dünyasını dəyişib.

 

**22:55(31.07.2023)


Bu gün Türkiyədə dünyasını dəyişən keçmiş Baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunacaq.

 

Bu barədə Senzor.az-a onun yaxınları məlumat veriblər.

 

**20:24


Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Senzor.az bildirir ki, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o, həyatını itirib.

 

Qeyd edək ki, bu gün günorta saatlarında Surət Hüseynovun ölüm xəbəri yayılmışdı. Onun Moskvadan İstanbula uçan təyyarənin eniş etdiyi zaman ürəktutmadan vəfat etdiyi deyilsə də, komaya düşdüyü, özəl xəstəxanalardan birinə yerləşdirildiyi məlum olmuşdu.

  

Onu da xatırladaq ki, 1959-cu ildə Gəncədə anadan olan S.Hüseynov 1993-cü ilin iyununda baş nazir vəzifəsinə təyin edilmiş, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılmışdı. Uzun illər idi Azərbaycandan kənarda yaşayırdı.

 

Allah rəhmət eləsin!


**15:00



 Sürət Hüseynov ölməyib, komadadır.


Bu barədə Qaynarinfo.az-a sabiq baş nazirin yaxınları məlumat veriblər.


Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.


**14:35


Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov vəfat edib.


Bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.


Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.