İran Belarus və Rusiyada PUA zavodları tikəcək

İran istehsalı olan PUA-ların Rusiyaya daha asan və tez çatması, bu yolla daha çox hərbi-iqtisadi fayda əldə etmək üçün Tehran Belarus və Rusiyada PUA zavodları tikməyə çalışır.


Ukraynanın “İnterfaks” xəbər agentliyinin Müharibə Tədqiqatları institutunun (ISW) yeni təhlilinə istinadən yaydığı məlumatda Ukraynanın işğalında Rusiyanın İran PUA-larına daha asan və daha sürətli çıxış əldə edəcəyi bildirilir.


“Belarusda Tehranın PUA-lar istehsal edən zavod tikməsi Moskvanın İrandan Rusiyaya pilotsuz təyyarələrin ötürülməsi ilə bağlı üzləşdiyi “logistik problemləri” azaldacaq. Yüksək inflyasiyadan əziyyət çəkən böhranlı İran iqtisadiyyatı da pul qazanmaqdan faydalanacaq. Rusiya bu yolla həm də İranın hərbi qüvvələrindən yararlana bilər. Qərb mediasının 2022-ci ilin sonunda açıqladığı fərziyyələrinə görə, çox güman ki, İran isə Rusiyaya PUA-ların verilməsi müqabilində Moskvadan xeyli sayda Su-35 qırıcı təyyarəsi alacaq”, - təhlildə deyilir.


Məlumatda, həmçinin bu ilin martında Qərb mediasının İrandan PUA-lar almaq qarşılığında Moskvanın İrana rəqəmsal rabitə və kiber silahların monitorinqi və nəzarəti üçün qabaqcıl proqram təminatı verdiyini bildirdikləri də vurğulanır. 


Bundan başqa, İsrailin yüksək rütbəli hərbi rəsmisinin iyun ayında Rusiyanın Ukraynada əldə etdiyi Qərb silahlarını İrana verəcəyindən narahatlığını ifadə etdiyi xatırladılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.