
Ermənistanın baş naziri Nikol Paşinyan bir gün əvvəl hökumətinin iclasında həm rəsmi Bakının, həm də Rusiya sülhməramlı kontingentinin (RMK) hərəkətlərindən narazılığını ifadə edib.
“Azərbaycan Laçın dəhlizinin qarşısını almadığını iddia edirsə, onlar (Rusiya hərbçiləri - red.) Ermənistan hökumətinin Qarabağa göndərdiyi humanitar yardımın çatıdırlmasını niyə təmin etmir? Mən bu məsələyə aydınlıq gətirməyi vacib sayıram və bizim aidiyyəti orqanlarımız bu məsələyə aydınlıq gətirməyə çalışmalıdır”, - deyə Paşinyan tələb edib.
Bu barədə “YouTube”un “Caliber” analitik layihəsinin yeni buraxılışında söhbət açılır.
“İcazə verin sizə bu mövzu ilə bağlı izahatlarımızı verək. Biz sualın düzgün qoyulmasından başlamağı zəruri hesab edirik. Ermənistanın Qarabağ ermənilərinə humanitar yardım göndərməsini siz mübahisəolunmaz bir fakt kimi təqdim edirsiniz. Və sonra verdiyiniz suallar bu vəziyyətdən qaynaqlanır. Əslində, məntiqi olaraq sizin qaldırdığınız problemdən əvvəldə duran bir neçə sual var”, - süjetin müəllifləri qeyd edirlər.
Daha ətraflı “Caliber”in materialında: