
““Caliber.az” saytından olan həmkarlarımızın araşdırmaları nəticəsində gəldikləri dəqiq qənaət Azərbaycanın üzləşdiyi ikili standartları sərrast nişan verir. Həmkarlarımız heç kəsin gözləmədiyi halda elə bir fakt taparaq təqdim ediblər ki, beynəlxalq sifətin ikiüzlülüyünü, riyakarlığını ondan daha dəqiq və daha məntiqli sübut edən nəsə tapmaq çox çətin olar”.
Senzor.az bildirir ki, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bunları “Caliber.az”ın “YouTube” kanalında bir gün əvvəl yayımlanan yeni “Donetsk faciəsi və Qarabağ farsı” adlı videosüjetini şərh edərkən deyib.
Qeyd edək ki, həmin videosüjetdə Rusiya-Ukrayna münasibətlərində 12 avqust tarixinin olduqca əlamətdar bir hadisə ilə yadda qaldığı xatırladılıb. Qeyd olunub ki, 2014-cü ilin məhz həmin günündə Rusiyadan Ukraynanın Donetsk və Luqansk bölgələrinə “humanitar karvan"ın ilk hissəsi yola düşüb.
Videomaterialda Rusiyanın bu addımının ABŞ və bir sıra Qərb ölkələri tərəfindən Ukrayna ərazisinə birbaşa müdaxilə kimi qiymətləndirildiyi vurğulanıb və o zaman baş verənlərlə Ermənistanın son günlərdəki məlum humanitar farsı arasında tarixi paralellər aparılıb. Bir sözlə, həqiqətən də bənzərsiz reportajdır.
Yeri gəlmişkən, Senzor.az onun rus dilində olan variantını artıq oxucularına təqdim edib(https://senzor.az/aktual/25969-)donetsk-faciesi-ve.html).
Bu dəfə isə həmin süjeti Azərbaycan dilində, Ustad həmkarımız Mir Şahinin əlavə fakt və ştrixlərlə daha da zənginləşdirdiyi şərh-təqdimat şəklində diqqətinizə çatdırırıq (bu linkdə-https://www.youtube.com/watch?v=xoz3DAF3qdg). Necə deyərlər, möhtəşəm araşdırma və mükəmməl şərh! Mütləq baxın...