Rusiyalı jurnalistləri, məmurları və oliqarxları kim öldürür? - EYNULLA FƏTULLAYEVİN SUALLARINI DMİTRİ OREŞKİN CAVABLANDIRIR
VİDEOMÜSAHİBƏ

“Novaya qazeta”da və Rusiyanın digər məşhur KİV-lərində səs-küylü reportajların müəllifi kimi tanınan  rusiyalı jurnalist Yelena Kostyuçenkonun zəhərlənməsi xəbəri bütün sivil dünyanı şoka salıb. Almaniyada toksikoloji müayinə zamanı Kostyuçenkonun qanında üzvi xlor birləşmələri aşkar edilib.

 

Daha bir tanınmış jurnalistin - İrina Babloyanın da zəhərləndiyi məlum olub. Sui-qəsd Tbilisidə baş verib. Simptomlar Kostyuçenkonunku ilə eynidir. Bu zəhərlənmələrin ucu Navalnıya, Skripallara və ondan əvvəl Litvinenkoya qarşı törədilən məkrli sui-qəsd cəhdləri zəncirinə gedib çıxır.

 

Ukrayna hərbi kampaniyası başlayandan bəri Rusiyada və onun hüdudlarından kənarda ölkələrinin işğalçılıq siyasətini bu və ya digər şəkildə tənqid edən və hətta şübhə altına alan 40 rusiyalı jurnalist,  məmur və iş adamının müəmmalı qətlləri və “intiharları” qeydə alınıb. Onları kim öldürür?

 

Azərbaycanın məşhur araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin bu və digər suallarını tanınmış rusiyalı politoloq Dmitri Oreşkin cavablandırır.

 

Dmitri Oreşkin YUNESKO, BBC, ABC, “Asaxi”, NHK... üçün SSRİ üzrə  beynəlxalq televiziya layihələrinin müəllifidir... Nüfuzlu analitik və jurnalist 2001-ci ildə “Rambler”in versiyasına görə "İlin adamı" seçilib. Kremlin Ukrayna siyasətinin əsas tənqidçilərindən biridir...

 

Senzor.az mövzunun aktuallığını nəzərə alaraq bu iki məşhur və məlumatlı simanın  video-söhbətini oxucularına təqdim edir. Mütləq baxın...








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.