Dünya çempionu Maqnus Karlsen Bakıda zəhərlənib - NİCAT ABASOVLA GÖRÜŞDƏN SONRA
VİDEO

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra qidadan zəhərlənib.

 

Senzor.az bildirir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

 

Şahmatçı bildirib ki, son iki gündür yemək yeyə bilmir:

 

“Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim.

 

Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi”, - deyə o bildirib.

Norveçli qrossmeyster avqustun 22-də Bakıda keçirilən dünya çempionatının final mərhələsinin ilk oyununda hindistanlı, 18 yaşlı Rameşbabu Praqnanandha ilə heç-heçə oynayıb.

 

İkinci partiya bu gün - avqustun 23-də keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.