Separatçıların lideri Ağdam yolunun açılacağının anonsunu verdi – ERMƏNİSTAN MƏTBUATI

Avqustun 22-də Qarabağ separatçılarının lideri Araik Arutyunyan “Təhlükəsizlik Şurası”nın iclasını keçirib və Ağdam yoluyla "ticarətə başlamaq" barədə qərarın qəbul edildiyini deyib.

 

Turan agentliyi bildirir ki, məlumatı Ermənistanın "Qraparak" nəşri yayıb.

 

Yaxın vaxtlarda Karen Matevosyanın komandanlığı altında Arutyunyanın tərəfdarlarının bu yolda quraşdırılmış beton maneələri sökəcəkləri gözlənilir.

 

A.Arutyunyan onu da bildirib ki, "Ağdam yoluyla tikinti materialları, dizel, dərmanlar gələcək, ərzaq məhsulları isə Laçın boyunca Rusiya sülhməramlıları tərəfindən gətiriləcək".

 

Onun sözlərinə görə, növbəti mərhələdə Azərbaycandan nəql ediləcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. Bunun müqabilində erməni tərəfi Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunu açmalıdır.

 

Nəşrin məlumatına görə, “Təhlükəsizlik Şurası”nın iclasında Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayan da iştirak edib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.