
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik “Laçın yolunda vəziyyətlə bağlı daha ətraflı təsəvvür əldə etmək üçün” Ermənistanın Laçınla sərhəddində yerləşən Gorus rayonunun Kornidzor kəndinə səfər edib.
Senzor.az bildirir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.
O, Azərbaycanın Laçın yolunda qurduğu sərhəd-buraxılış məntəqəsini və qarşısında gözləyən “humanitar yardım” TIR-larının olduğu ərazini durbinlə müşahidə edib.
Kaspşik Ermənistana avqustun 22-də ATƏT sədrinin göstərişi ilə gəlib. O, avqustun 23-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb və Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.
Qeyd edək ki, Kasprşik təkcə Ermənistana deyil, Azərbaycana da səfər etmək niyyətində olub, lakin Bakı Kasprşiki qəbul etməyib. Hökumət bunu vaxt itkisi hesab edib...
Xatırladaq ki, Anjey Kaspşik 1997-ci il yanvarın 1-dən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsidir.