Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evlə bağlı... PROTEST VERİLDİ

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməməsi ilə bağlı qərardan kassasiya protesti verilib.

 

“Qafqazinfo”nun məlumatına görə, söhbət Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən gedir.

 

R.Məmmədov məhkəmədə həmin evlərdən birini Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.

 

İstintaq orqanı tərəfindən sözügedən əmlaklar üzərinə həbs qoyulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi qərarı ləğv edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü əsaslı sayıb.

 

Dövlət ittihamçısı isə hökm və qərarla razılaşmır, Ali Məhkəmədən əmlakların müsadirə edilməsini xahiş edir.

 

Qeyd edək ki, Rasim Məmmədov DTX-nın keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib və 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə, onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.