
Ötən gecə Xankəndidə Araik Arutyunyanın tərəfdarları və əleyhdarları arasında ilk silahlı qarşıdurma olub. Yerli mənbələrin məlumatına görə, "naməlum şəxslər Arsax prezidentinin iqamətgahı istiqamətində atəş açıb".
Senzor.az bildirir ki, tezliklə sosial şəbəkələrdə silahlı insanların göründüyü və atəş səslərinin eşidildiyi videogörüntü yayılıb. Xəsarət alanların olub-olmadığı məlum deyil. Hadisədən yarım gün keçməsinə baxmayaraq, Qarabağ separatçıları baş verənlərlə bağlı heç bir izahat verməyiblər.
Məlum olduğu kimi, son günlər bir tərəfdən "prezident" Araik Arutyunyan, digər tərəfdən "parlamentin" sədri David İşxanyan və keçmiş "dövlət naziri" Ruben Vardanyan arasında münasibətlər gərginləşib. Hər iki tərəf bir-birini Qarabağın maraqlarına xəyanətdə ittiham edib və qətiyyətli addımlar atmağa çağırıb.
Arutyunyanın silahlı tərəfdarları artıq "parlamentə" hücum ediblər və "hökuməti" devirməklə hədələyiblər.
Gecə baş verən atışmanın görüntülərini bu linkdən https://www.youtube.com/shorts/9j6AEKNw9-Q izləyə bilərsiniz.