Erməni terrorçular Rusiya səfirliklərini partlatmaqla hədələdilər - FOTO
Ermənistanın “Sasna Tsrer” radikal partiyasının nümayəndəsi Vaaqn Avaqyan Rusiyaya qarşı hədələr səsləndirib. 
 
Senzor.az bildirir ki, bu barədə “Telegram”dakı erməni kanalları məlumat yayıblar.
 
O, Rusiya sülhməramlılarının bu gün səhər saatlarında Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinə və sülhməramlılara qumbara atan terrorçunu Azərbaycana təhvil verəcəyi təqdirdə terror aktlarına davam edəcəklərini bildirib.
 
“Rusiya Norayrı Azərbaycana təhvil verərsə, növbəti qumbaralar Rusiya qoşunlarına və Rusiya səfirliklərinə doğru uçacaq”, - kanallardan biri Avaqyanın ifadəsini sitat gətirib.
 

Xatırladaq ki, “Sasna Tsrer” 2016-cı ildə İrəvanda insanları girov götürməklə ad çıxaran terror təşkilatıdır. Məhkəmənin hökmü ilə “Sasna Tsrer”in üzvləri girov götürməkdə, qanunsuz silah gəzdirməkdə, silah oğurlamaqda və girovları öldürməkdə təqsirli biliniblər.
 
Ekspertlər bildirirlər ki, ermənilərin zəngin terror təcrübəsini nəzərə alsaq, Rusiya “strateji müttəfiq”indən ona qarşı səslənən təhdidlərə diqqətlə baxmalıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.