Ərdoğanı devirmək üçün xüsusi layihə - AMERİKALI MİLYARDER MALİYYƏLƏŞDİRİR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2023-cü ildə hakimiyyətdən devirmək üçün yaradılan Türkiyə Demokratiya Layihəsini (Türk Demokrasi Projesi) amerikalı milyarder Tomas Skott Kaplanın maliyyələşdirdiyi bəlli olub.
 
Bu barədə Türkiyə mediası məlumat yayıb.
 
Əldə edilən məlumata görə, təşkilat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-ın keçmiş rəhbərliklərinin təşəbbüsü ilə yaradılıb.
 
Beyin mərkəzi adı altında insan haqları, ifadə azadlığı və qanunun aliliyi kimi guya Qərb dəyərlərinə istinad edərək Türkiyədə hakimiyyəti dəyişdirməyi hədəfləyən təşkilat bu məqsədlə qardaş ölkədə iqtisadi və sosial böhran yaratmağı da planlaşdırır.
 
Əsas məqsəd də Türkiyənin ictimai-siyasi strukturlarında qarşıdurmalar yaradaraq, Prezident Rəcəb Tayyib Ərdoğan iqtidarını zəiflədib 2023-cü il seçkilərində hakimiyyət dəyişikliyi etməkdir.
 
Axar.az xatırladır ki, təşkilatın baş direktoru ABŞ-ın BMT-dəki keçmiş səfiri Mark Uolles, təsisçisi isə Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Frensis Taunsenddir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.