Oğuz rayonunda yol qəzası baş verib."Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, Oğuz-Mingəçevir marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla Oğuz-Bayan marşrut xətti ilə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus toqquşub. Qəza zamanı iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.




