Ermənistan müdafiə nazirini Azərbaycanla sərhəddəki hadisələrə görə dəyişib – PAŞİNYAN ETİRAF ETDİ
YENİLƏNİB
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb. 
 
TASS-ın məlumatına görə, Təhlükəsizlik Şurasının iclasında çıxış edən hökumət başçısı bildirib ki, A.Karapetyanın fəaliyyəti ilə bağlı təhlil aparıb.
 
Baş nazir bəyan edib ki, müdafiə nazirinin işdən çıxarılması Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlıdır. 
 
“Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı", - N.Paşinyan bildirib.
 
**13:52

Ermənistan prezidenti Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib.
 
Senzor.az
 yerli KİV-ə istinadən bilirir ki, baş nazir Nikol Paşinyanın təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edilib.
 
Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.
 
Bundan əvvəl baş nazirin ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti kadr dəyişikliklərinin olacağı barədə məlumat yaymışdı.
 
S.Papikyan 1986-cı il təvəllüdlüdür. O, İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində aspiranturada oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri təyin edilib. 2021-ci ildə prezidentin sərəncamı ilə Ermənistan baş nazirinin müavini vəzifəsində çalışmağa başlayıb. 2016-cı ildə o, Ermənistanda nasist-terroçu Qaregin Njdenin adına təsis edilmiş medalla təltif olunub.

Heç bir hərbi təhsili, rütbəsi yoxdur, mülki şəxsdir, subaydır, yol tikintisinə birbaşa nəzarət edir, “asfalt maqnatı” və Paşinyanın ən etibarlı adamlarından biri kimi tanınır.
 

Xatırladaq ki, vəzifədən azad edilən Arşak Karapetyan müdafiə naziri postuna bu il avqustun 2-də gətirilmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.