Ağ Ev ABŞ və Çin liderləri arasında üç saatdan çox davam edən onlayn görüş barədə açıqlama yayıb.TASS-ın məlumatına görə, bildirilib ki, görüş qarşılıqlı hörmət şəraitində keçsə də, ikitərəfli münasibətlərdə heç bir irəliləyiş olmayıb: "Rəsmi Vaşinqton bu görüşün dönüş nöqtəsinə çevriləcəyini gözləmir”.
**09:34
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında onlayn formatda görüş keçirilib.
Senzor.az bildirir ki, görüş iki hissədən ibarət olub.
İlk hissə Bakı vaxtı ilə saat 08:46-da başlayıb və 1 saat 56 dəqiqə davam edib.
15 dəqiqəlik fasilədən sonra liderlərin görüşü davam edib. Görüşün ikinci yarısı saat 07:06-da başlayıb və təxminən 1 saat 18 dəqiqə davam edib.
Ümumilikdə iki ölkənin liderlərinin görüşü təxminən 3 saat 14 dəqiqə çəkib.
Qeyd edək ki, bu, Cozef Baydenin 2021-ci ilin yanvarında vəzifəyə başlamasından sonra Si Cinpinlə ilk görüşdür. Bundan əvvəl dövlət başçıları arasında yalnız telefon danışıqları olub.
Onu da xatırladaq ki, Pekin və Vaşinqton arasında vaxt fərqi 13 saatdır.