Erməni daşnakı Sergey Kurqinyan bundan sonra Bakıda fəaliyyət göstərəcək.Ovqat com bildirir ki, bu xəbəri AMİP adından partiyanın Mərkəzi Şurasının sədri Rəşad Bayramov sosial şəbəkədə yayıb.
R.Bayramov yazıb: “Diqqətlə baxın, bu adam - Serqey Kurqinyan Rusiyanın Azərbaycandakı səfirliyi yanında Mədəniyyət Mərkəzinin rəhbəri təyin olunub. Təpədən dırnağa qədər daşnakçı olan, daim anti-Azərbaycan mövqeyi ilə seçilən, Azərbaycan tarixinə, insanına, ərazi bütövlüyünə, əsgərinə, bütövlükdə Azərbaycana nifrəti olan bir "adam" Rusiya tərəfindən Azərbaycana Mədəniyyət Mərkəzinin rəhbəri olaraq təyin olunur. Onun təyin olunmasında məqsədin Azərbaycanda yaşayan rus icmasını da anti-Azərbaycan mövqeyinə kökləməsi, separatçılığı təbliğ etməsi gün kimi aydındır. Aydın olmayan tək şey Azərbaycanın bu erməni separatçısının təyinatına səssiz qalmasıdır. Azərbaycan Milli İstiqlal Partiyası olaraq hakimiyyətdən, aidiyyəti rəsmi qurumlardan dərhal hadisəyə reaksiya vermələrini tələb edir, erməni şovinistlərinin rus diplomatları adı altında Azərbaycanda fəaliyyətinə imkan verməməyə çağırırıq”.