DTX sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq...
ƏHALİYƏ İSƏ ÇAĞIRIŞ ETDİ
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib.
 
Senzor.az DTX-nın saytına istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir: 
"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
 
Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
 
Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.