Erməni hərbi ekspert Van Hambarsumyan “Esse TV” YouTube kanalının efirində Azərbaycan Prezidenti İlham Əliyevin boş yerə söz demədiyini bildirib.Senzor.az-ın məlumatına görə, verilişin gedişində Zəngəzur dəhlizi mövzusunu şərh edən erməni ekspert Azərbaycanın istədiyini alacağını deyib: “Ermənistanda “dəhliz” yox, “yol” deyirlər. Sizə dedim ki, dəhliz istəyirlər. Azərbaycan Prezidenti də bu barədə danışıb. Azərbaycan Prezidenti isə bildiyimiz kimi boş yerə söz demir. Düzdür? Bilirsiniz, bu, faktdır. Ermənistanda belə rəhbərliyin olduğu təqdirdə isə Azərbaycanın silahlı qüvvələrə ehtiyacı yoxdur. Bunlar izafi xərclərdir”.