"Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, bu regionda vəziyyət hələ də tam sakitləşməyib".Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.
O xatırladıb ki, bir il əvvəl Rusiyanın fəal vasitəçilik səyləri sayəsində Qarabağda münaqişə dayandırılıb.
“Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışma göstərdi ki, bu regionda vəziyyət hələ tam sakitləşməyib.
Sabitliyi təmin etmək üçün atəşkəs və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat var.
Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının rolu artır", - Rusiya lideri vurğulayıb.
V.Putin bu əsnada üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub. Onun fikrincə, Baş nazir müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir: “Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, region ölkələri, Rusiya da daxil olmaqla, problemlərin uzunmüddətli həllində maraqlıdırlar”.