Fransanın Ermənistana hərbi texnika göndərməsi... - AZƏRBAYCAN XİN-dən REAKSİYA
YENİLƏNİB, FOTO

Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

 

Senzor.az bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı sualı  şərh edərkən deyib.

 

O qeyd edib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir.

 

Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.

 

Beynəlxalq ictimaiyyəti, öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq”.

  

**00:34


Fransa Ermənistana hərbi texnika adı altında dəmir parçaları göndərib.


Trend xəbər verir ki, sosial şəbəkələrin erməni seqmenti sevincdən titrəyir - nəhayət, Fransanın çoxdan gözlənilən silahı Ermənistana doğru yol aldı. Ancaq sevinc üçün bir səbəb varmı? Belə çıxır ki, yox.


Məsələ burasındadır ki, “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli maşınları Afrika və Yaxın Şərqin iqlim şəraitinə uyğunlaşdırılıb. Yəni Cənubi Qafqaz şəraitində bu zirehli maşınlar çox həssas və praktiki olaraq istifadəyə yararsız olacaq.


“Bastion” zirehli maşınların olduğu ölkələrin siyahısına baxmaq kifayətdir: Benin, Somali, Qabon, Kamerun, Keniya, Kot-d'İvuar, Kamerun, Mali, Burkina Faso və digər Afrika ölkələri.

Hətta Afrikada bu zirehli maşınlar dəmir parçasından başqa bir şey deyildi. 2016-cı ilin dekabrında “Bastion” zirehli maşını peşəkar ordu olmayan "Ənsar-ül-İslam" qruplaşması tərəfindən məhv edilib.


Fransa hərbi texnikasının Ermənistana tranzitinə icazə verən Gürcüstan tərəfinə də suallar var. Bir tərəfdən, Tbilisi özünü Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlamaq üçün platforma kimi təqdim edir. Digər tərəfdən, Ermənistana silah tədarükü yalnız regionda vəziyyətin gərginləşməsinə xidmət edir.


Ermənilərin nəyə sevindiyini anlamaq çətindir. Axı Fransa Ermənistana başa salır ki, o, onun üçün hətta “kiçik bacı” da deyil, ondan tez qurtulmaq istədiyi üçüncü dərəcəli “uzaq qohum”dır. Beləliklə, Fransanın Ermənistana göndərdiyi hərbi texnika adi dəmir parçasından başqa bir şey deyil.


**2023-11-12 13:22

Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.


Bununla bağlı fotoları “Caliber” yayıb.


Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.


Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.


Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.