ABŞ dövlət katibi Qarabağ məsələsini qaldıracaq - ATƏT-in NAZİRLƏR TOPLANTISINDA
ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə ATƏT-in Nazirlər Şurasının iclasında qaldıracağı mövzulardan biri Qarabağla bağlı olacaq, 
 
Bu barədə Turanın  ABŞ-dakı müxbiri  məlumat verib.
 
“Dövlət katibi Rusiyanın Ukraynanın şərqində davam edən təcavüzü və Ukrayna və Gürcüstanın suveren ərazilərinin işğalı, Qarabağ münaqişəsi, o cümlədən Belarusdakı hadisələrlə bağlı xüsusi narahatlığını ifadə edəcək”, - deyə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi  Karen Donfried bildirib.
 
Onun sözlərinə görə, dekabrın 1-də Blinken Stokholma gələcək və orada həm də İsveç rəsmiləri ilə görüşəcək.
 
“Biz dövlətlər arasında suverenlik və ərazi bütövlüyünə və dövlətlər daxilində əsas müddəalara hörmət edən hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstəyimizi bir daha təsdiq edəcəyik”, - Donfried deyib.
 
Birləşmiş Ştatlar Ukrayna ilə sərhədə yaxın yerdə qoşunların cəmləşməsinə də cavab vermək niyyətindədir.
 
“Biz həmçinin bu məsələdə Ukrayna və müttəfiqlərimizlə məsləhətləşmələr aparmağa davam edirik”, - o vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.