Saakaşvilinin mühakimə olunduğu məhkəmə binası ətrafında qarşıdurma: YARALANANLAR VAR
YENİLƏNİB, VİDEO/FOTO
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış fəallarla polis arasında qarşıdurma baş verib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara mane olub.
 
Nəticədə tərəflər arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir.
 
Bəzi aksiyaçılar polisə butulkalar atıb, polis isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
 
Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə əlaqədar yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb.



**10:57

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bugünkü məhkəmə iclasında iştirakına icazə verilib.
 
Bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, siyasətçi Xüsusi Penitensiar Xidmətin maşını ilə müalicə olunduğu Qori hərbi hospitalından Tbilisiyə aparılıb. Maşın artıq məhkəmənin həyətinə daxil olub.
 
Proses Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayacaq. 
 
Məhkəmə binası yaxınlığına çox sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
 
“Report” xatırladır ki, məhkəmə işi 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinə hücumla bağlıdır. Sabiq dövlət başçısı iş üzrə təqsirli bilinir.
 
Müxalif Vahid Milli Hərəkat Partiyası məhkəmə binası qarşısında eyni vaxtda mitinq təyin edib. 
 
Onu da qeyd edək ki, M.Saakaşvili bundan öncə keçirilən məhkəmə iclaslarına gətirilməyib. O, proseslərdə distant iştirak təklifini qəbul etməyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.