Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
HACIBALA ABUTALIBOV VƏ RAMİZ MEHDİYEV DİNDİRİLMƏDİ
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
 
Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyevin vəkili çıxış edərək müvəkkilinin səhhətində problem olduğunu, müalicə müəssisəsində saxlandığını bildirib. O, Rasim Quliyevin ev dustaqlığına buraxılmasını istəyib.
 
Bundan başqa vəkillər Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalubovun və Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmədə şahid qismində dindirilməsini xahiş ediblər. Vəkillər hər iki şəxslə bağlı cinayət işində epizodlar olduğunu bildiriblər.
 
Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, bu hissədə vəsətatin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovun dəvət olunması ilə bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.
 
Vəsatətlər təmin edilməyib və məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
 
Proses dekabrın 9-da davam etdiriləcək.
 
Qeyd edək ki, Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
 
O, 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri   olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.