“Aşqabad sammitində baş verənlər misilsiz idi: KTMT ÜZVLƏRİ AZƏRBAYCANI DƏSTƏKLƏDİLƏR”
ERMƏNİ ANALİTİKDƏN MƏCBURİ ETİRAF
Erməni analitik Artak Akopyan Aşqabad Sammitinin İrəvan üçün arzuolunmaz proseslərlə müşayiət olunmasından danışıb.
 
Azvision.az-ın məlumatına görə, son hadisələri yerli mediaya şərh edən Akopyan deyib ki, ölkə rəhbərliyi uğursuz xarici siyasəti ilə dövlətçiliyə, Ermənistana ağır zərbələr vurmaqda davam edir.
 
“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci sammiti zamanı bu qurumun üzvləri Azərbaycan hökumətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ediblər. Qeyd edək ki, bu sammit Xəzər dənizində neft və qaz ehtiyatlarının bölüşdürülməsi məsələsində 25 il Azərbaycanla kifayət qədər soyuq münasibətdə olmuş ölkənin paytaxtında keçirilib.
Üstəlik, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Qazaxıstan, Qırğızıstan və Tacikistan da təbrik edib. Bu bir faktdır ki, həmin KTMT üzvləri həmişə Azərbaycanla Ermənistandan daha yaxşı münasibətlərə malik olublar. Əvvəlki hakimiyyətin dövründə də açıq-aydın görünürdü ki, həmin ölkələr Ermənistana birtərəfli dəstəyin əleyhinə idilər. Lakin onlar həmişə anti-erməni qətnamə qəbul etməkdən çəkiniblər. Məsələn, uzun illər əvvəl Azərbaycan türkdilli dövlətlərin toplantısında Ermənistan əleyhinə qətnamə qəbul etməyi təklif edəndə təklif Qazaxıstan tərəfindən geri qaytarılmışdı. Təbii ki, Qazaxıstan bu və ya digər məsələdə Ermənistanı dəstəkləməsə də, Ermənistan əleyhinə bəyanatlar, qətnamələr imzalamadı. 
Aşqabad sammitində baş verənlər misilsiz bir hadisə idi. Çünki KTMT üzvləri Türkmənistanla birlikdə Azərbaycanı da dəstəklədilər. Bu, Paşinyan hökumətinin destruktiv fəaliyyətinin təkcə Qarabağ, Sünik, iqtisadiyyat, koronavirus, Ermənistan-Rusiya münasibətlərində fəlakətli nəticələrə gətirib çıxardığını göstərmədi. Bu onu əminliklə deməyə əsas verdi ki, Ermənistanın xarici siyasəti bu gün praktiki olaraq sıfır səviyyəsindədir. Artıq İrəvanın ona müttəfiq, neytral və ya düşmən olan ölkələrlə “sıfır münasibətləri” var. Amma bu heç də təəccüblü deyil. Çünki küçədən hakimiyyətə gələn təsadüfi adamlar özlərini iqtidarda görəndə, onlar üçün hakimiyyət “yalnız həzz mənbəyi” oldu. Onların fəaliyyətinin nəticəsi geniş dağıntı və parçalanmalara səbəb oldu”, -deyə erməni analitik vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.