Ukraynada azərbaycanlılara zor tətbiq edən polislərə cinayət işi açıldı -
FOTO
Bu ilin may ayının sonunda Kiyevdə məhkəmədən qaçan azərbaycanlının axtarışı zamanı onun yaxınlarına zor təbiq edən Ukrayna polisinin 5 əməkdaşına cinayət işi açılıb.

"Report"un Ukrayna hüquq mühafizə orqanlarına istinadən məlumatına görə, cinayət işi aparılan uzunmüddətli təhqiqatlar nəticəsində başlanılıb.
Əfsər Məmmədov
Əfsər Məmmədov
Qeyd edək ki, bu il mayın 28-də Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə saxlanılan 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Əfrəs Qüddəsər oğlu İrpen şəhər məhkəməsinin iclas zalında fasilə zamanı nəzarətçilərin fincanına bihuşedici maddə ataraq qaçmışdı. 

Onun axtarışı ilə operativ məşğul olan Kiyev vilayət polisinin əməkdaşları Ə.Məmmədovun təmasda olduğu həmyerlilərinin məkanlarında reydlərə başlamışdı. Həmin gün Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Ə. Məmmədovun qohumları və həmkəndliləri Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarova mülki geyimdə bir neçə yerli millətdən olan şəxs yaxınlaşaraq onun yerini tələb ediblər. Dindirilənlər Ə. Məmmədovu görmədiklərini bildirdikdə onlara qarşı ağır fiziki və təhqiramiz zorakılıq tətbiq edilib. Nəticədə ağır xəsarət alan azərbaycanlılar yerli xəstəxanaların birinə çatdırılmışdılar. O vaxt yaralı azərbaycanlıların xəstəxanadan videogörüntüləri də yayılmışdı. 

Hadisədən sonra fiziki zorakılığa məruz qalan azərbaycanlılar ilə bağlı Ukrayna Dövlət istintaq Bürosuna müraciət olunmuşdu.

Zərərçəkmişlər
Zərərçəkmişlər








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.