Dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığının olacağı gözlənilir.TASS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Riqada keçirilən NATO xarici işlər nazirlərinin iclasında iştirakı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, söhbət zamanı əsasən Ukrayna mövzusu müzakirə ediləcək: “Biz həm Rusiya, həm də Ukrayna ilə təmasdayıq və gərginliyin azaldılmasının tərəfdarıyıq. Bu yaxınlarda hər iki həmkarımla danşıdım. Cümə günü isə prezidenlərin görüşü olacaq”.
Senzor.az xatırladır ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazır olduğunu bildirmişdi. Rəsmi Kiyev elə həmin gün gün bu təklifi dəstəklədiyini bəyan etmişdi.