Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu xəstəxanaya aparılıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.
O bildirib ki, təcili tibbi yardım vasitəsilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.
Qeyd edək ki, bu gün Bakıda keçirilən razılaşdırılmamış aksiya zamanı Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirildiyi bildirilib.Məsələ barədə DİN də məlumat yayıb. Qeyd edilib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: "Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".
**20:36
Daxili İşlər Nazirliyi (DİN) Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara münasibət bildirib.Senzor.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin sorğusuna cavab olaraq bildirib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.
“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”, - deyə o əlavə edib.
DİN rəsmisi onu da bildirib ki, bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur: "Saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək, sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir".
Xatırladaq ki, bu gün bir qrup şəxs Nizami küçəsi və Fəvvarələr bağında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.