DİN yanında İctimai Şura Tofiq Yaqublu ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmağa çağırdı
“ONA QARŞI ZOR TƏTBİQİ ÖLKƏMİZİN NÜFUZUNUN SALINMASINA HESABLANMIŞ DAVRANIŞ DA OLA BİLƏR”
Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şura 1 dekabrda Bakı şəhərində Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı Nazirliyə müraciət edib.
 
Senzor.az bildirir ki, müraciətin mətni İctimai Şuranın sədri Əliməmməd Nuriyevin Facebook səhifəsində də yerləşdirilib.
 
Müraciətdə deyilir: “Dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb. Saxlanılan şəxslər arasında olan Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.  

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunun salınmasına hesablanmış davranış da ola bilər.
 
Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır”.

Yeri gəlmişkən, senzor.az xatırladır ki, Şuraya aşağıdakı şəxslər daxildirlər:
 
Xalid Kazımov -   İctimai Şuranın sədr müavini, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB
 
Mahirə   Əmirhüseynova - İctimai Şuranın sədr müavini, XXI Əsrin Qadınları İctimai Birliyi
 
Sevda    Məmmədova - İctimai Şuranın katibi, Azərbaycan Demokratik Jurnalistlər Liqası
 
Rəfail     Becanov -  İctimai Şuranın üzvü, “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi
 
Mətanət Cəfərova -  İctimai Şuranın üzvü, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi
 
Gülayə   Səfərova    - İctimai Şuranın üzvü, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB
 
Rauf  Zeyni - İctimai Şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
 
Mehriban   Zeynalova -     İctimai Şuranın üzvü, Təmiz Dünya Qadinlara Yardim İctimai Birliyi
 
Mehriban   Abdullayeva - İctimai Şuranın üzvü, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İB
 
Elməddin   Muradov -  İctimai Şuranın üzvü, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi
 
Araz  Nurməmmədov - İctimai Şuranın üzvü, “Gender Bərabərliyi” İctimai Birliyi
 
Elçin Salmanov - İctimai Şuranın üzvü, “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi
 
Taleh Şahsuvarov    - İctimai Şuranın üzvü, “AzNews.az” analitik-informasiya portalı
 
Nadir Adilov - İctimai Şuranın üzvü, “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.